Tailandın Puket şəhərində keçirilən Olimpiadaya lisenziya verən ağırlıqqaldırma üzrə Dünya Kuboku Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb.
Prosport.Az xəbər verir ki, o, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb. Toplam 388 kq (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.
Bununla belə, qaldırdığı ağırlıq onun Paris Olimpiadasına çıxması üçün yetərli olmayıb.
