Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycanı 1 idmançı təmsil edəcək.
Prosport.Az-ın xəbərinə görə, 13-19 aprel tarixlərində keçiriləcək yarışda son dünya çempionumuz Nigar Nəsirova yarışacaq.
O, 10 metr məsafədən pnevmatik tapançadan atəşaçmada və 25 metr məsafədən atəşaçmada qüvvəsini sınayacaq. 36 yaşlı idmançı hər 2 kateqoriyada Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Bunun üçün onun minimum gümüş medal qazanması lazımdır.
Qeyd edək ki, atıcılıqda yalnız Avropa çempionumuz Ruslan Lunyov Olimpiadaya lisenziya qazanıb. O, Parisdə 10 metr məsafədən pnevmatik tapançadan atəşaçmada çıxış edəcək.
