Azərbaycanın 4 qadın cüdoçusu Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva Yaponiyada təlim-məşq toplanışına qatılıb.
Prosport.Az xəbər verir ki, Rəşad Məmmədovun rəhbərliyi altında hazırlıq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir.
Aprelin 11-dək davam edəcək təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

