Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Azərbaycanda ilk dəfə keçirilən yarışın açılışı oldu – FOTO + VİDEO
    5.04.2024 17:37:46

    Aprelin 3-də başlamış və llk dəfə təşkil olunan kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.

    Mərasimdə Ümumdünya Taekvondosunun prezidenti Çunq-von Ço, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Yonq-in Li iştirak edib.

    Dövlət Himni səsləndikdən sonra söz Çunq-von Çoya verilib. Ümumdünya Taekvondosunun prezidenti birinciliyin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Taekvondo dünyada geniş yayılmış idman növüdür. İnsanlar bu növlə kiçik yaşdan məşğul olur. Bizim qurum da taekvondonun bütün dünyada yayılması, uşaqların və gənclərin bu növlə məşğul olması üçün çalışır. Gələn ilin fevralında BIrləşmiş Ərəb Əmirliyində taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Burada toplaşan idmançıların da qarşıdakı illərdə dünya arenalarında bacarıqlarını göstərəcəklərinə inanıram".

    Ardından Kəmaləddin Heydərov nitq söyləyib: "Azərbaycanda idmana böyük önəm verilir. Bu mənada taekvondo xüsusi yer tutur. Ölkəmizdə təşkil edilən birinciliyə gələn qonaqlara təşəkkürümü bildirirəm. Kiçikyaşlı idmançıların yarışına 400-dən çox uşaq qatılıb. Bu da ölkəmizdə taekvondoya olan yüksək səviyyədə maraqdan xəbər verir. Ümid edirəm ki, onlar dünya arenalarında da ölkəmizi uğurla təmsil edər".

    Çingiz Hüseynzadə də öz növbəsində idmançılara uğurlar arzulayıb: "Bu gün uşaqlar üçün böyük bayramdır. Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımız dünya miqyaslı yarışlarda uğurla çıxış edir. Onların sırasında taekvondoçular da var. Bu gün yarışda iştirak edən uşaqlar da gələcəkdə dünya çempionatında, Olimpiadada ölkəmizi təmsil edəcək. Yeni nəslə bu imkanı yaratdığı üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm. Ümumdünya Taekvondosu da daim Azərbaycanda bu idman növünün inkişafına töhfə verib. Onlara da təşəkkür edirəm".

    Yonq-in Li isə çıxışında yüksək təşkilatçılıqdan məmnunluq ifadə edib: "Bu birincilik Azərbaycanda ilk dəfə keçirilir. Bu təşəbbüsə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Uşaqlar bu idman növü ilə məşğul olmaqla həm sağlam həyat tərzi sürür, həm də ədəb-ərkanlı davranmağı öyrənirlər. Koreya ilə Azərbaycan müxtəlif sahələrdə sıx münasibətdədir. İdman da bu birliyin möhkəmlənməsində mühüm yer tutub. Gələcəkdə ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq".

    Çıxışlardan sonra parad iştirakçıları arenanı tərk edib. Sonda bədii hissədə müğənni Fuad Musayev öz repertuarlarından musiqilər oxuyublar.

    Qeyd edək ki, birincilikdə 20 çəki dərəcəsi üzrə 446 idmançı mübarizə aparır. Uşaq yeniyetmə yığmamızın baş məşqçisi İlkin Şahbazovdur. Bu birinciliyin qalibləri Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.

    Taekvondo

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Taekvondo

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Taekvondo

    Taekvondoçularımız “Albania Open”də 4 medal qazandılar

    4.10.2026 22:32:43
    Döyüş növləri

    Azərbaycanı Tiranada onlar təmsil edəcək - ADLAR

    2.10.2026 14:45:55
    Taekvondo

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved