Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda ikiqat dünya və Asiya çempionu olan yaponiyalı Sansiro Muraoya uduzub.
Beləliklə, yığmamız yarışı 2 gümüş medalla 8-ci sırada başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) gümüş medalla kifayətlənib.