Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Atam həmişə səhvlərimi mənə çatdırır" – Rəşad Sadiqovun oğlu
    28.03.2024 16:25:45

    Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" ("Naşe buduşşee") turnirin qalibi olan "Qarabağ"ın 14 yaşadək komandasında millimizin sabiq futbolçusu Rəşad Sadiqovun oğlu da çıxış edir. Bu yerdə qeyd edək ki, futbolçu kimi "Qarabağ"da da top qovmuş Rəşad Sadiqov cari mövsümdən həmin klubun 16 yaşadək komandasında baş məşqçilik edir.

    Onun oğlu İbrahim Sadiqli isə sözügedən turnir ərzində bütün matçlarda, demək olar ki, əsas heyət üzvü kimi çıxış etdi. Prosport.Az indi 2 nömrəli futbolçunun müsahibəsini təqdim edir:

    – Çempion olduğunuz Belarus turniri barədə nə deyə bilərsiniz? 
    – Bizim üçün çətin turnir idi. Yaxşı mübarizə getdi. Sonda qalib olduq. İnşallah, gələcəkdə də belə turnirlərdə iştirak edərik.

    – Yəqin, komanda yoldaşlarınızın 2 fərdi nominasiyaya yiyələnməsi də sizi ikiqat sevindirdi...
    – Bəli. Bu, komanda üçün çox qürurverici bir şeydir.

    – Nə vaxtdan "Qarabağ"dasınız?
    – 4 ildir. 2020-ci ildən "Qarabağ"dayam.

    – Atanız karyerası boyunca mərkəz – dayaq yarımmüdafiəçisi olub. Siz özünüz necə oldu ki, müdafiənin sağında çıxış etdiniz?
    – Baş məşqçimiz Asif Əlizadə belə məsləhət bilib. Əvvəl mərkəz müdafiəçisi idim. Daha sonra Asif müəllim bizim komandaya baş məşqçi təyin olunandan məni müdafiənin sağına keçirdi.

    – Atanız çıxışınız barədə nə deyir?
    – Səhvlər hamıda olur. Atam həmişə bunları mənə çatdırır. Turnirdə qalib olduqdan sonra da görüntülü danışdıq, mənimlə fəxr etdiyini bildirdi.

    – Görmə ilə bağlı müəyyən problemlərinizin olduğunu bilirəm. Bu, oyunlar zamanı problem yaradır?
    – Uzağı görmə ilə bağlı problemim var. İndi linzadan istifadə edirəm. Oyunlar vaxtı gözümə linza taxıram ki, uzaq məsafəni görə bilim. Həkimlər bildirib ki, 18 yaşımdan sonra gözüm yaxşı görəcək.

    Səbuhi Musa

    Futbol

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved