Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Prosport.Az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin "Paris-2024"ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova ötən il Paris Olimpiadasına lisenziya əldə etmişdi.
Qeyd edək ki, bununla ümumilikdə Azərbaycanın rəsmi lisenziyalarının sayı 11-ə çatıb.
