Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Qarabağ"da ona bənzəməyə çalışıram" – Minsk turnirinin bombardiri
    24.03.2024 13:56:02

    Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə ən yaxşı bombardir "Qarabağ"ın 14 yaşadək komandasının hücumçusu Daniil Rəcəbov seçilib.

    Komandasının xüsusən qrupdakı qələbələrində pay sahibi olan futbolçu Prosport.Az-a müsahibə verib.

    – Özünüzü təqdim edin...
    – Ata tərəfdən ukraynalı, ana tərəfdən azərbaycanlıyam. Anamın soyadını daşıyıram. Atam dünyasını dəyişib. Əvvəlcə pullu komandada oynamışam. Bu, 1 aydan az olub. Daha sonra "Qarabağ" Akademiyasının rəhbərliyində yer alan Rövşən müəllim məni komandaya baxışa dəvət etdi. Bu, 3 il əvvəl olub. Bundan sonra məni komandaya götürdülər və 3 illik müqavilə imzaladım.

    – İlk oyunda Sankt-Peterburqun "Lavina" komandasını 6:0 hesabı ilə darmadağın etdiniz. Daha sonra qol vurmaqda çətinlik çəkdiniz. Belarus turnirinin səviyyəsi haqda nə deyə bilərsiniz?
    – Minskdə çox yaxşı mübarizə aparan komandalar vardı. Futbol elə oyundur ki, güclü komanda zəif rəqibə qarşı pis hazırlaşsa, uduza bilər. Biz bütün oyunlara ciddi hazırlaşdıq deyə, qalib gəldik.

    – BATE-yə qrupda məğlub olmuşdunuz. Finalda onları yenmək üçün motivasiya vardı?
    – Bəli. Biz bütünlüklə qələbəyə köklənmişdik. Hesab edirdik ki, biz BATE-dən daha güclüyük və finalda bunu sübut etdik.

    – Turnirdə 4 qol və 2 assist etdiniz. Hətta finalda da qapıçı ilə təkbətək çıxdınız, ancaq şansınızı qaçırdınız. Bu barədə nə deyə bilərsiniz?
    – Hesab edirəm ki, həmin anı düzgün qiymətləndirmədim. Ona görə də fərqlənə bilmədim.

    – İlk dəfə beynəlxalq turnirdə çıxış etdiniz. Bu sizə gələcəkdə nə dərəcədə müsbət təsir edəcək?
    – Bu bizim üçün çox böyük təcrübə olacaq. Ümumiyyətlə, həmişə Azərbaycana öz gücümüzü göstərməyə çalışmışıq. Gələcəkdə bu turnir bizə həm futbolda, həm də həyatda çox böyük təsir edəcək.

    – "Qarabağ"ın əsas heyətində oynayan futbolçulardan kimə bənzəməyə çalışırsınız?
    – Juninyuya. Onun oyun üslubu çox xoşuma gəlir. Çox sürətli oyunçudur, istənilən an vəziyyəti dəyişə bilər.

    – Hansı çatışmazlıqlarınız var ki, onların üzərində işləməlisiniz?
    – Top qəbulu. Həmin an mənə tələsməmək lazımdır. Ancaq düşünürəm ki, bu, zamanla düzələcək. Bunun üzərində işləyəcəyəm.

    Səbuhi Musa
     

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved