Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Prosport.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.
İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.
81 kq çəki dərəcəsində isə 2 milli üzvü mübarizə aparacaq. Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaq.
Azərbaycan millisi sabahadək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
Qeyd edək ki, yarışın ilk günündə 8 təmsilçimizdən 2-si fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

