Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 medal qazanıb.
Prosport.Az xəbər verir ki, 60 kq-da Balabəy Ağayev və 66 kq-da Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İlk gündə mübarizəyə qoşulan digər 6 cüdoçumuz isə medalsız qalıb.
Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə qatılıb.

