Para-atletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq Qran-Pridə çıxış edəcək.
Prosport.Az xəbər verir ki, bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.
Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.
Martın 24-dək davam edəcək Qran-Pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

