Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Nazirliyin Kollegiya tərkibində dəyişikliyin əsl səbəbi nə idi? – Həbs məsələsi...
    14.03.2024 09:36:00

    Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) prezidenti Nadir Əliyevin Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) Kollegiya üzvlüyündən çıxarılmasının və onu "Azəridmanservis" MMC-nin direktoru Həsən Hüseynovun əvəzləməsinin səbəbi bəlli olub.

    Prosport.Az-ın əldə etdiyi xəbərə görə, Əməkdar bədən tərbiyəsi və idman xadimi olan N.Əliyevin 2022-ci ilin avqustundan həbsdə olmasıdır.

    Milli Olimpiya Komitəsinin (MOK) Baş Məclis üzvü də olan N.Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Belə ki, AHİTA sədri və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə cinayət işi başlanılıb.

    Aparılan istintaqla N.Əliyevin A.Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın rəhbərliyinə (bu qurumun sədri millət vəkili Səttar Möhbalıyevdir – red.) rüşvət qismində çatdırılması adı ilə sahibkarlardan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, istintaq zamanı A.Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

    Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda hər iki şəxsin məhkəmə işi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etməkdədir.

    Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Kollegiyasına nazir, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, AGİN Aparatının rəhbəri, AGİN Aparatının gənclərlə iş şöbəsinin müdiri, AGİN Aparatının idman şöbəsinin müdiri, MOK vitse-prezidenti, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, "Azəridmanservis" MMC-nin direktoru və AGİN regional idarələrinin rəisləri aiddir. "Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarına edilmiş dəyişikliyə əsasən üzvlərin sayı 24 nəfər müəyyən edilib. 

    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved