Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Karyeramda yüksəliş etmək istəyirəm" – Minsk "Dinamo"sunun azərbaycanlı futbolçusu
    12.03.2024 10:45:16

    Minsk "Dinamo"sunun 16 yaşadək komandasında (U-16) Nurxan Qasımov adlı azərbaycanlı futbolçu çıxış edir. Bunu Belarusun paytaxtı Minskdə səfərdə olarkən "Dinamo" Akademiyasının direktoru Sergey Pavlyuçuk bizə bildirmişdi.

    Ötən ayın 18-i 16 yaşını tamamlayan Nurxan Qasımov "Qarabağ"ın U-15 komandasının Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə iştirakını izləyənlər arasında idi. Prosport.Az ondan müsahibə götürüb.  

    – Belarusda ilk komandanız hansı olub?
    – 6 yaşımdan "Dinamo"da oynayıram. 9-10 ildir ki, artıq buradayam.

    – Mövqeyiniz hansıdır?
    – İnsayd mövqeyində oynayıram. Dayaq yarımmüdafiəçisi və hücumçu arxasında oynamağı bacarıram. Solaxayam.

    – Azərbaycana gedib gəlirsiniz?
    – Bəli. 4 dəfə Azərbaycanda olmuşam. Özümüz Samux rayonundanıq. Oranın kəndində olmuşam.

    – Azərbaycanda oynamaq, yoxsa karyeranızı "Dinamo"da davam etdirmək istəyirsiniz?
    – Karyeramda yüksəliş etmək, fərqli klublara keçmək istəyirəm. Təbii ki, "Dinamo"ya mənə verdiyi əməyə görə ömrüm boyu təşəkkür edəcəyəm.

    – "Qarabağ"ın 15 yaşadək komandası Minskdə "Bizim gələcəyimiz" adlı turnirdə iştirak etdi. Atanızla oyunlardan birini izlədiniz. Nəyi bəyəndiniz?
    – "Qarabağ"ın futbolçuları daha çox sürətli oynayır, topu özündə çox saxlamır, tez qərar verir. Bir də topu itirdikdən sonra sonadək oynamaları mənim çox xoşuma gəldi.

    – Bəs "Dinamo" ilə "Qarabağ" arasında hansı fərq var?
    – Biz də bu cür mübarizə aparırıq. Əsas məsələ beyinlə düşünmək, meydançanı görməkdir. Topu özündə çox saxlamamaq lazımdır.

    – "Dinamo" ilə əvvəl beynəlxalq turnirlərdə iştirak etmisiniz?
    – Bəli. Əvvəl Litva, Latviya, Bolqarıstan, Polşa, Çexiya, Rusiyada oynamışıq. Bolqarıstanda 1-ci, Litvada isə 3-cü olmuşuq. Moskvadakı yarışda mənə turnirin ən yaxşı oyunçusu mükafatı verilib. Həmçinin, hər il ənənəvi olaraq Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə iştirak edib, qızıl medalları qazanmışıq.

    Səbuhi Musa 

    Futbol

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved