Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Yaponiyadakı mühiti görüb daha da həvəsləndim" – Orxan Səfərov
    11.03.2024 12:48:33

    Cüdo üzrə Avropa çempionu, ikiqat dünya mükafatçısı Orxan Səfərov Gənclər və İdman Nazirliyi tərəfindən bu ay seçilən 5 idman səfirindən biri oldu.

    Prosport.Az idmançı karyerasını 32 yaşında bitirmiş Orxan Səfərovdan müsahibə götürüb.

    – İdman səfirinin funksiyası nədən ibarət olacaq?
    – Bütün dünyada "ambassador"lar fəaliyyət göstərir. Bizim də əsas məqsədimiz gənclərə özümüzü nümunə göstərərək onları sağlam həyat tərzinə təşviq etmək, idmanın təbliğuni aparmaqdır. Yeni açılmış klub və ya idman zallarına baş çəkib orada idmanın faydalarından danışacağıq, hətta açıq havada gəzməyin belə necə faydalı olacağından bəhs edəcəyik.

    – Karyeranızı bitirdikdən sonra Cüdo Federasiyasından hər hansısa vəzifə təklif olunmayıb?
    – Xeyr, olmadı. Federasiya daha çox bizim təhsilimizlə bağlı işlər görür. Yaponiyada federasiyanın xətti ilə Rüstəm Orucovla birgə səfərdə olduq. İngilis dili ilə bağlı biliyimizi artırırıq. Psixoloqla komanda üzərində işləmək, liderlik bacarıqlarını üzə çıxarmaq üçün söhbətlər aparırıq. Mayda idmandan ayrıldıqdan sonra dərhal kurslara başladıq. Çünki işə başlamaq üçün hazırlıqlı olmalıyıq.

    – Federasiyanın baş katibi Rəşad Rəsulludan dekabrda müsahibə götürərkən, o bildirmişdi ki, Uşanqi Kokauri karyerasını bitirdikdən sonra hakim olmaq istəyir. Bəs siz?
    – Məşqçiliyə həvəsim var. Yaponiyada Rüstəm Orucov daha çox idarəçilik, mən isə məşqçilik kursunda oldum. İnşallah, bunun nəticəsi də olar.

    – Bəs özünüz zal açmağı planlaşdırırsınız?
    – Hələ ki karyeramdan sonra boşluqdur. İdman səfiri olmaqdan başqa fəaliyyətim olmadığı üçün öz akademiyamı açmaq qərarına gəldim. Yaponiyadakı mühiti görüb daha da həvəsləndim. Zalın adı Səfərov Cüdo Akademiyası olacaq. Hazırda orada təmir işləri gedir. Zal Tibb Universitetinin idman kompleksinin içindədir. Təmir işləri bitdikdən sonra açılışı olacaq.

    – Çıxış etdiyiniz 60 və 66 kq çəki dərəcələri kənardan necə görünür?
    – Bakıdakı "Böyük Dəbilqə"də Balabəy Ağayevlə Yaşar Nəcəfov medal qazandı. Düzdür, bürünc medal oldu. Ancaq elə bizim vaxtda da Bakıda bu çəkilərdə qızıl medal qazana bilmirdik (gülür). Bakıda çıxış etmək çox çətin və məsuliyyətlidir. Həm də olimpiya ili olduğundan, uşaqlar yarışlara daha çox fiziki yüklü çıxır. Bildiyim qədəri ilə, komandamız daha çox Avropa və dünya çempionatına köklənib.

    – Sizin vaxtınızda güləşən rəqiblərinizdən bəziləri hələ də tatamiyə çıxır. Balabəy və ya Yaşar sizdən rəqiblərlə bağlı məsləhətlər alırmı?
    – Turan Bayramov dostumun tələbəsidir. Bu səbəbdən daha çox onunla fikir mübadiləsi olur. Onunla karyeramın sonlarında otaq yoldaşı da olmuşam. Ona çox şeyi izah edirdim.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved