Rəşid Məmmədəliyev finalda Moldova idmançısı Adil Osmanovla qarşılaşıb.
Prosport.Az xəbər verir ki, idmançımız atası azərbaycanlı olan rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Aytac Qardaşxanlı isə ilk görüşdəcə uduzub.
Qeyd edək ki, Rəşid Məmmədəliyev 2-ci olmaqla Olimpiadaya vəsiqə üçün aktivinə 490 lisenziya xalı qazandırıb. O, pul mükafatı olaraq 1600 avro, məşqçisi isə 400 avro əldə edib.
10:42
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə qoşulacaq.
Prosport.Az xəbər verir ki, Aytac Qardaşxanlı (63 kq) və Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.
Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) yarışı medalsız başa vurub.
Qeyd edək ki, sabah Camal Həmzətxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.