Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku Azərbaycan təmsilçiləri üçün uğursuz alınıb.
Prosport.Az-ın xəbərinə görə, rusiyalı legionerlərimiz Nikita Simonov, İvan Tixonov daxil olmaqla, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Mənsum Səfərov və Nazənin Teymurova bugünkü çıxışları zamanı finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, 67 ölkədən 590 idman gimnastının iştirak etdiyi yarış Olimpiadaya lisenziya qazandırır.
