Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək.
Prosport.Az xəbər verir ki, o, sabah baş tutacaq lisenziya turnirində iştirak üçün Sofiyaya yollanıb.
Röyalə Fətəliyeva baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında K44 kateqoriyası üzrə 52 kq çəkidə dayanq üzərinə çıxacaq.
Turnir Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansı verəcək.
