Azərbaycanın 5 cüdoçusu Avstriyanın Lints şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək.
Prosport.Az xəbər verir ki, onlardan 3-ü qadın, 2-si kişi idmançı olacaq.
Sabah startı veriləcək yarışda Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Rəşid Məmmədəliyev (73 kq) və Camal Həmzətxanov (+100 kq) qızıl medal uğrunda mübarizə aparacaq.
Martın 10-dək baş tutacaq Qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.