Macarıstanın Dyör şəhərində keçirilən 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan 3-cü medalı qazanıb.
Prosport.Az xəbər verir ki, gənclərdən ibarət milli komandamızın üzvləri – Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət trio komanda yarışında bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl qarışıq və kişilərdən ibarət komandalarımız bürünc medal əldə etmişdi. Sabah Olimpiadaya lisenziya üçün böyüklərin yarışına start veriləcək.

