Polşanın paytaxtı Varşavada hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Prosport.Az-a verilən məlumata görə, imtahanda hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Ədalət təmsilçiləri nəzəri hissəyə dair imtahan verib. Daha sonra onlar fevralın 24-25-də keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan verib.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

