Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    24 idmançımız ilin ilk olimpiya lisenziyalı Avropa çempionatında – ADLAR
    24.02.2024 16:18:07

    Macarıstanın Dyör şəhərində keçiriləcək 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycanın 24 idmançısı iştirak edəcək.

    Prosport.Az-ın xəbərinə görə, fevralın 26-da start götürəcək və martın 2-də başa çatacaq yarış Olimpiadaya lisenziya verən ilin ilk turniridir.

    Böyük heyətlə təmsil olunacaq ölkəmizdən 13 nəfər böyüklər, 11 nəfər isə gənclər kateqoriyası üzrə mübarizə aparacaq. 24 idmançıdan 13-ü kişilər, 11-i isə qadınlardır.

    Bu yarışda komandamızın əsas liderləri – 25 metr məsafəyə atəşdə ikiqat Avropa çempionumuz Ruslan Lunyov və 25 metr məsafəyə atəşdə dünya çempionu Nigar Nəsirova da mübarizə aparacaq. İdmançılarımız həm fərdi, həm də komanda yarışlarında qüvvəsini sınayacaq.

    26-28 fevralda gənclər, 28 fevral - 2 mart tarixlərində böyüklər yarışacaq. Böyüklər kateqoriyasında Olimpiadaya lisenziya qazanmaq üçün qızıl və ya gümüş medal qazanmaq lazım gələcək.    

    Böyüklər: Nəzrin Abbaslı, Xanna Əliyeva, Nuranə Əliyeva, Elvin Astanov, Jalə Bayramova, Ruslan Qəhrəmanov, Ramiz Xəlilov, Ruslan Lunyov, Aynur Mahmudova, Rəsul Məmmədov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, İlkin Vəliyev

    Gənclər: Xalidə Əliyeva, Leyli Əliyeva, Sofiya Barxalova, İmran Qarayev, Onur Hüseynli, Vladislav Kalmıkov, Oleq Kerjankin, Hacı Musayev, Nigar Ramazanova, Zahid Sofiyev, Zeynəb Sultanova

    Qeyd edək ki, Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada Olimpiadaya lisenziya qazanıb. O buna ötən il Estoniyanın paytaxtı Tallində Avropa 2-cisi olmaqla buna nail olub.

    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borusiya"nın müdafiəçi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved