Azərbaycanın tanınmış fitnes məşqçilərindən olan Kamil Zeynallı sərbəst buraxılıb.
Prosport.Az xəbər verir ki, bu barədə onun vəkili Ələkbər Qarayev bildirib.
Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, məşqçinin saxlanılması onun Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.