Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni 8 mükafatla başa vurub.
Prosport.Az xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Həmzətxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə edib.
Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıb.
Beləliklə, 3 qızıl, 2 gümüş və 3 bürünc mükafat qazanan yığmamız bu turnirin medal sıralamasında 1-ci olub. Rusiya və Belarus idmançılarının qatıldığı neytral idmançıların komandası 2-ci (2 qızıl, 3 bürünc) və Fransa 3-cü (1 qızıl, 3 gümüş) olub.

