Azərbaycanın tanınmış fitnes məşqçilərindən olan Kamil Zeynallı həbs olunub.
Prosport.Az-ın xəbərinə görə, bu barədə K.Zeynallı özü paylaşım edib.
Onun sözlərinə görə, Ermənistan hökuməti onu axtarışa veribmiş və bu səbəbdən də o, Moskvada olarkən polislər tərəfindən həbs olunub.
Qeyd edək ki, Kamil Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq.