Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Böyük Dəbilqə"də Azərbaycanın 2 cüdoçusu çempion oldu – YENİLƏNİB
    17.02.2024 19:05:44

    Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin 2-ci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıb.

    Prosport.Az xəbər verir ki, Hidayət Heydərov və Zelim Tçkayev 1-ci, Ömər Rəcəbli isə 2-ci yeri tutub.

    73 kq çəkidə bütün rəqiblərindən güclü olan Hidayət Heydərov finalda Əbubəkr Şerovu (Tacikistan) da üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.

    81 kq çəkidə isə Azərbaycan finalı baş tutub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn osetin əsilli Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ö.Rəcəbli isə gümüş mükafata yiyələnib.

    Digər cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.

    Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanmışdı.

    11:05

    Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

    Prosport.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 9 cüdoçusu tatamiyə çıxacaq.

    Onlar 4 çəki dərəcəsində fəxri kürsüyə qalxmağa çalışacaqlar. Yalnız Nurlan Osmanov 1/32 finaldan mübarizəyə qoşulacaq. Digər 8 idmançı 1/16 finaldan görüşlərə başlayacaq.

    Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final

    Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final

    Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final

    Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final

    Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final

    İbrahim Əliyev (73 kq) – Sulayman Hamad (Səudiyyə Ərəbistanı): 1/16 final

    Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final

    Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final

    Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final

    Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusundan yalnız 2-si – Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved