Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov 3-cü yer uğrunda görüşdə Vilian Limanı (Braziliya) məğlub edib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc medal qazanmışdı. Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda qarşılaşmada rəqiblərinə məğlub olub.
Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusu mübarizə aparıb. Yığmamız yarışda 32 idmançı ilə təmsil olunur.

