Azərbaycan para-atleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən Prosport.Az-a verilən məlumata görə, idmançı F55 kateqoriyası üzrə nüvə itələmə növündə qüvvəsini sınayacaq.
Turnir fevralın 13-15-də təşkil olunacaq.
Qeyd edək ki, Oloxan Musayev artıq “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
