Azərbaycanın güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov İspaniyanın Qranada şəhərində gənclər arasında keçirilən Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Atıcılıq Federasiyasından Prosport.Az-a verilən məlumata görə, onlar qarışıq komanda yarışlarında fərqlənib.
Sofiya Barxalova və Hacı Musayev isə 5-ci yerlə kifayətlənib. Onlar ispaniyalı rəqibləri ilə eyni xal toplasalar da, mərkəzi atışlarda ispaniyalı rəqiblərinə nisbətən aşağı nəticə göstəriblər.
