Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov akademiya açır.
Prosport.Az xəbər verir ki, bu barədə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı sosial şəbəkə hesabları vasitəsilə paylaşım edib.
O, cüdo həvəskarlarını qeydiyyatdan keçməyə dəvət edib: “Sizə xoş xəbərimiz var. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi Cüdo Akademiyası tezliklə xidmətinizdə olacaq. Dərslər Rüstəm Orucovun nəzarəti ilə peşəkar müəllimlər tərəfindən keçiriləcək”.
Akademiyada bütün yaş qruplarının olacağı vurğulanıb.
Qeyd edək ki, Rüstəm Orucov peşəkar karyerası ərzində 1 dəfə Avropa çempionu, 2 dəfə dünya 2-cisi olub.