Azərbaycanın daha 3 cüdoçusu Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Prosport.Az xəbər verir ki, Camal Həmzətxanov (+100 kq), Ramilə Əliyeva və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaq.
Daha əvvəl 33 idmançının adı siyahıya daxil edilib.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, 3-cü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.

