Fransanın paytaxtı Parisdə keçirilən ilin ilk "Böyük Dəbilqə" turnirini izləyənlər arasında sözügedən ölkədə yaşayan azərbaycanlılar da tribunadan izləyib.
Prosport.Az-ın xəbərinə görə, Fransada fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, diplomatlar və oradakı diaspor fəaliyyəti ilə tanınan Mirvari Fətəliyeva idmançılarımıza dəstək olub.
Hər 2 xanım idmançılarımızla, eləcə də cüdo millimizin nümayəndə heyətinin rəhbəri – Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli ilə görüşərək xatirə fotosu çəkdirib.
Qeyd edək ki, bu yarışda Azərbaycan idmançıları 2 gümüş medal qazanıb. Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) yalnız finaldakı rəqiblərinə uduzaraq 2-ci yerlə kifayətlənib. Bununla da hər iki idmançımız Paris Olimpiadası öncəsi lisenziya xallarını artırıb.

