Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız Portuqaliya Qran-Prisində olduğu kimi, medalsız qalmayıb. O, finalda həmin Qran-prinin qalibi, Türkiyəni təmsil edən slovenəsilli Mixael Jqanka (Mikail Özərlər) uduzub.
Sonuncu yarış günündə mübarizəyə qoşulan Vüqar Talıbov (90 kq) və Uşanqi Kokauri (+100 kq) mükafat əldə edə bilməyib.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.

