Güllə atıcımız Ruslan Lunyov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına Azərbaycandan ilk lisenziya qazanan idmançı olub.
Prosport.az-ın xəbərinə görə, Ruslan Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 m pnevmatik tapança növündə gümüş medal qazanıb.
Bununla da Olimpiya mükafatçısı olan İradə Aşumovanın oğlu olan Ruslan Lunyov Paris 2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.

