Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.
Prosport.Az xəbər verir ki, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında gerçəkləşəcək. Turnirə biletləri iticket.az saytından əldə etmək mümkündür.

