Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə medal qazanıb.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançımız 3-cü yer uğrunda israilli Quy Qureviçə qalib gələrək bürünc medal əldə edib.
Eyni çəkidəki Vüqar Talıbov və gürcüstanlı legionerimiz Uşanqi Kokauri (+100 kq) mükafat eldə edə bilməyib.
Beləliklə, cüdoçularımız yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub. Daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə edib.
Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub. Osetin əsilli Zelim Tçkayev (81 kq) səhhətindəki problemə görə tatamiyə çıxmayıb.

