Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turniri keçirilib.
Prosport.Az xəbər verir ki, “Yablonets qış turniri”ndə Azərbaycanı uzunluğa tullanma növündə Nazim Babayev təmsil edib.
Nazim Babayev Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda yalnız yerli idmançı Radek Yuşkadan geri qalıb. Atletimiz 7.51 metr nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, uzunluğa tullanmada Olimpiadaya lisenziya qazanmaq üçün normativ 8.27 metrdir.
