Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakıda lisenziya xalları verən yarışın mükafat fondu bəlli oldu – FOTO
    19.01.2024 15:32:20

    Bakıda keçiriləcək Paris Olimpiadasına lisenziya xalları verən badminton üzrə "Azerbaijan International 2024" turnirinin mükafat fondu bəlli olub.

    Prosport.Az-ın xəbərinə görə, turnirin mükafat fondu 15 min dollar təşkil edəcək.

    "Sinql" badmintonçularda (fərdi mübarizə aparanlar) qalib 1200 dollar, gümüş medalçı 720 dollar, yarımfinalçılar 300 dollar, 1/4 finala yüksəlmiş idmançılar 120 dollar qazanacaq. "Dabl" badmintonçularda (cütlük halında mübarizə aparanlar) qaliblər 1350 dollar, 2-ci yeri tutanlar 900 dollar və yarımfinalçılar 375 dollar əldə edəcək. Sonuncu kateqoriyada 1/4 finala yüksəlmiş badmintonçulara pul mükafatı verilməyəcək.

    8-11 fevral tarixlərində Bakı İdman Sarayında keçiriləcək yarışa giriş fərdi mübarizə aparan hər bir oyunçu üçün 100 avro, cütlük halında mübarizə aparan hər bir badmintonçu üçün isə 75 avrodur. 22 yanvarda yarışda iştirak etməyən istəyənlər üçün son gündür. Bu tarixdən etibarən adı yarışın iştirak ərizəsinə salınmış, ancaq sonrada səbəb göstərilməklə geri çəkilən hər bir idmançıya görə onun məxsus olduğu federasiya 150 dollar kompensasiya ödəyəcək. Səbəbsiz iştirak etməməyə görə cərimə isə 500 dollar təşkil edəcək. Cütlüklər halında mübarizə aparan badmintonçuların bəlli geyim dəstlərində (şort/yubka) uyğunsuzluq aşkar olunarsa, 100 avro cərimə olunacaq.

    Yanvarın 23-də isə yarışın püşkatması keçiriləcək. 8 fevralda təsnifat mərhələsi, 9 fevralda təsnifat və ilkin mərhələlər, 10 fevralda ilkin mərhələ və 1/4 finallar, 11 fevralda yarımfinal və finallar keçiriləcək. Təsnifat və ilkin mərhələlərə saat 09:00-da, 1/4 finallara 17:00-da, yarımfinallara 10:00-da və finallara 16:00-da start veriləcək.

    Qeyd edək ki, Avropa qitəsi üçün keçirilən bu yarışda kişilər fərdi, qadınlar fərdi, kişilər cütlük, qadınlar cütlük və qarışıq cütlük kateqoriyası üzrə mübarizə gedəcək.  

    Stolüstü oyunlar

    "Ganja Open 2026"-a yekun vuruldu

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ganja Open 2026"-a yekun vuruldu

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved