Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Nazirliklə münasibətlərim normaldır" – Raqif Abbasov
    9.01.2024 16:05:45

    Bakı Şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Raqif Abbasovun Prosport.Az saytına müsahibəsi

    – Ötən ayın 21-i Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" – MOİK oyunu keçirildi. İdman adamı olaraq bu tarixi oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
    – İşğaldan azad edilmiş torpaqlarda sonuncu dəfə 30 il əvvəl oyun olmuşdu. Bu, "Qarabağ"la "Turan" (Tovuz) arasında baş tutmuşdu. Səhv etmirəmsə, "Qarabağ" həmin matçın 67-ci dəqiqəsində qol vurmaqla 1:0 qalib gəlmişdi. Xoşbəxtik ki, yenidən işğaldan azad edilmiş Qarabağda oyun keçirildi. "Qarabağ"la Milli Ordunun klubu oynayırdı. Cənab Prezident həmişə vurğulayırdı ki, bu bölgəyə həyat gələcək və biz bunun artıq şahidiyik. Azərbaycan dediyini edir. Qazilərimizə, rəşadətli ordumuza, Ali Baş Komandana təşəkkür bildiririk ki, bunlar qısa müddət ərzində həyata keçirildi. Antiterror əməliyyatından qısa müddət sonra stadion indiki vəziyyətə gətirildi. Stadion varsa, deməli, orada tək futbol yox, digər idman növləri də ola biləcək. Artıq orada beynəlxalq yarış da keçirmək olar. Bildiyiniz kimi, Azərbaycan 2025-ci ildə III MDB Oyunlarının ev sahibliyini əldə edib. Ümid edirik ki, beynəlxalq yarışlar keçirilməklə oradan dünyaya reportaj yayımlanacaq. Yeganə hal idi ki, "Qarabağ"ın oyununda mən MOİK-ə azarkeşlik edirdim. Amma reallıq var ki, "Qarabağ" daha güclüdür və UEFA Avropa Liqasında çıxış edir.

    – Bəs sizi niyə Xankəndi şəhər stadionunda görmədik?
    – Mən həmin gün Azərbaycan Autizm Assosiasiyasının 10 illiyi ilə bağlı tədbirə dəvət almışdım. Vətən Müharibəsi dövründə milli idmançılarımızla birgə Talış, Suqovuşan kimi işğaldan azad olunmuş kənd və qəsəbələrimizdə ideoloji işdə iştirak etmişəm. İnşallah, gələcək beynəlxalq tədbirlərdə biz də olarıq.

    – Sizi Cüdo Federasiyasının keçirdiyi Azərbaycan çempionatında idmançıların mükafatlandırılması zamanı da gördük. 6 aydır ki, işinizdən ayrılmısınız. Ondan sonra mətbuata danışmamısınız. İşdən ayrıldıqdan sonra hansı fəaliyyətlə məşğulsunuz?
    – Hər bir insan müəyyən dəyişikliyə hazır olmalıdır. 20 ildir ki, gənclər və idman siyasətində olsam da, bəlkə də artıq yeni sferada özümü sınamalıyam. Ancaq gənclər və idman siyasəti vətəndaş kimi formalaşmağımda böyük rol oynayıb. Bu gün də dəvət olunan yerdə könül xoşluğu ilə gedib iştirak etməyə hazıram. Hazırda mütaliə edirəm, övladların təhsili ilə ciddi məşğul oluram, elmi işin üzərində çalışıram. Düşünürəm ki, gələcəkdə bunun da bəhrəsini görəcəyik.

    – Özünüz də qeyd etdiyiniz kimi, 20 ildir ki, bu sahədəsiniz. Ötən ilin iyununda 16 il işlədiyiniz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən ayrılmalı oldunuz...
    – Buna normal yanaşıram. Yenilik olan bir yerdə dəyişikliyin olması normaldır. Bunu həyatın bir hissəsi sayıram. Yenə də idmandayam. Cüdo Federasiyasında İcraiyyə Komitəsinin və Milli Olimpiya Komitəsinin üzvü olaraq qalıram. Gənclər və İdman Nazirliyi ilə təmasım davam edir. Tədbirlərə dəvət olunuram, iştirak edirəm. Nazirliklə münasibətlərim normaldır.

    – Məsələn, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından təklif gələrsə, işləməyə hazırsınız?
    – Vətənə xidmət etmək üçün hər işdə çalışmağa hazıram. Ancaq seçim imkanım olsaydı, işğaldan azad olunmuş torpaqlarda işləmək istərdim. Hesab edirəm ki, orada daha faydalı olaram.

    – Olimpiadaya təxminən 6 ay qalıb və 9 lisenziya təmin olunub. Nə qədər lisenziya proqnozlaşdırırsınız?
    – Təbii ki, lisenziyaların sayı yetərincə deyil. Bizdən asılı olan və asılı olmayan səbəblər var. Hazırda idmanda nəsildəyişmə dövrüdür. 2-ci nəsildən 3-cüyə keçid yaşayırıq. Nəsildəyişmə olimpiya tsiklinə təsadüf edib. Biz bunun bəhrəsini 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında görəcəyik. Amma bu o demək deyil ki, Paris Olimpiadasında biz medalsız qalacağıq. Çünki bizim "ağır artilleriya" sayılan idman növlərimiz var. Hesab edirəm ki, kişi taekvondo millimizə yerli baş məşqçinin (Məmməd Abdullayevi nəzərdə tutur – red.) təyin olunmasından sonra lisenziyanın qazanılması böyük əziyyətin bəhrəsidir və Olimpiadada bu idman növündən medal gözlənilir. Güləşdə U-20 və U-23-də olan idmançılar Azərbaycan çempionatında gözəl çıxış etdilər. Boksda parlayan ulduzlarımız var. Cüdonun lisenziyaları da bunun üzərinə əlavə olunacaq. "Vaylkard"la dəvət olunanları da nəzərə alsaq, hesab edirəm ki, 35 lisenziyadan çox olacaq. Bu mənim proqnozumdur. Təbii ki, Rio Olimpiadasındakı lisenziya sayını keçmək mümkün olmayacaq. Oraya 56 lisenziya əldə etmişdik, o, pik idi. Lisenziya sayı çox olanda, medal da çox olur. Hesab edirəm ki, Paris Olimpiadasında medalın sayı az olsa da, keyfiyyət baxımından Tokiodakından yaxşı olacaq.

    – Sizin yolunuz keçmiş işlədiyiniz Bakı Şəhər Gənclər və İdman İdarəsinə düşürmü? Gedib sabiq əməkdaşlarınızla görüşürsünüzmü?
    – Zəngləşirik. Amma getməmişəm. Sözün düzü, işdən ayrıldıqdan sonra bir müddət rayonda valideynlərimin yanında oldum. Amma onların da hansısa tədbiri olarsa, böyük məmnuniyyətlə, iştirak edərəm.

    – Bir sözlə, sizin heç kimdən küsülülüyünüz yoxdur...
    – Bu, idman sahəsində olan insanlara yad anlayışdır. Olsa da belə, mən bunu demərəm. İdmanda olan insanların yanaşma tərzi tam fərqlidir. İncikliyini göstərməklə heç nəyə nail olmursan.

    Səbuhi Musa
     

    Müsahibə

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27
    Müsahibə

    "Futbol varlıların oynayaraq kasıbları əyləndirdiyi idman növüdür" - Elməddin Cəfərov

    21.04.2026 14:48:51
    Cüdo

    "Hidayətdən bu məğlubiyyəti gözləməzdim" – Müəllimi Tərlan Həsənov

    21.04.2026 14:42:28
    Futbol

    "Araz-Naxçıvan"a himayədarlığım sual altındadır, tək qalmışam" - Zaur Axundov

    21.04.2026 13:43:43
    Akademiya

    "Niderland və Türkiyədə beynəlxalq turnirlərdə iştirak edəcəyik" – "Qarabağ"ın məşqçisi

    20.04.2026 10:43:15
    Müsahibə

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" akademiyasının rəsmiləri UEFA Gənclər Liqası forumunda

    21.04.2026 23:29:49

    "Rusiya millisini seçdiyim üçün zərrə qədər də peşman deyiləm" - Azərbaycanlı futbolçu

    21.04.2026 22:52:23

    Avropa çempionatı: 2 güləşçimiz finalda, 2-si "bürünc" qazandı

    21.04.2026 22:29:32

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27

    "Belə qərarlar mənə də xoş deyil" - Rəşad Sadıqov

    21.04.2026 22:02:24

    "VAR-a baxıb, təmiz qolumuzu sildilər" - Yunis Hüseynov

    21.04.2026 21:30:38

    Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu

    21.04.2026 21:03:14

    İsa Rüstəmov Avropa çempionatını kiçik gümüş medalla başa vurdu – YENİLƏNİB

    21.04.2026 20:58:36

    "Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

    21.04.2026 18:49:05

    "Neftçi" paraqvaylı vingerin transferindən imtina etdi

    21.04.2026 18:17:24

    "Zirə" - "Turan Tovuz": HEYƏTLƏR

    21.04.2026 17:55:09

    FIFA reytinqi: Millimiz yerində saydı

    21.04.2026 17:18:00

    "Kəpəz" 2 futbolçu ilə müqavilə imzaladı

    21.04.2026 16:55:53

    Avropa çempionlarımız Tiranada yarımfinala çıxdı - YENİLƏNİR

    21.04.2026 16:35:37

    Azərbaycanın ən güclü veteran cüdoçuları bilindi - ADLAR

    21.04.2026 16:12:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved