Azərbaycanın əməkdar cüdo məşqçisi Viktor Kuznetsov vəfat edib.
Prosport.Az xəbər verir ki, bi barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayılıb.
Qeyd edək ki, ölkəmizin ilk cüdo məşqçilərindən olan V.Kuznetsov 1946-cı ildə anadan olub. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlar əldə edib.
Viktor Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın baş məşqçisi, həmçinin, bu ölkədə Cüdo və Sumo Federasiyasının baş katibi olaraq çalışıb.

