Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib.
Prosport.Az xəbər verir ki, tədbir Avropa Cüdo Birliyinin Kata Komissiyasının xorvatiyalı rəhbəri, 7-ci dan ustası, doktor Slavişa Bradiçin iştirakı ilə təşkil olunub.
Proqrama ümumilikdə 85 mütəxəssis cəlb edilib. Slavişa Bradiç təlim zamanı cüdo texnikalarının və fəndlərinin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrini və praktiki fikirlərini məşqçilərlə bölüşüb. Seminarda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan məşqçilər iştirak edib.
Seminar Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Azərbaycan Cüdo Federasiyası ötən ilin əvvəlindən bu qurumla əməkdaşlıq edir.

