Azərbaycan cüdoçuları bu il beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutub.
Prosport.Az xəbər verir ki, böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə edib.
Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc medal olub.
İlk “10-luq” aşağıdakı kimidir:
1. Fransa – 132 qızıl-129 gümüş-222 bürünc
2. Braziliya – 123-94-159
3. İtaliya – 78-82-131
4. Yaponiya – 74-36-39
5. Qazaxıstan – 71-86-167
6. Almaniya – 67-67-123
7. Azərbaycan – 64-47-96
8. Özbəkistan – 63-60-110
9. Kanada – 63-52-83
10. Cənubi Koreya – 62-46-76
Qeyd edək ki, sıralama kəmiyyətə görə yox, keyfiyyətə görə, yəni qızıl medalların sayına əsasən müəyyən edilib.

