Ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən idman mütəxəssisləri və idmançılar mənzillə təltif olunub.
Prosport.Az-ın xəbərinə görə, 29 nəfərə ölkə başçısı İlham Əliyev adından Xankəndidə mənzil hədiyyə olunub.
Bu adlar hələ açıqlanmasa da, saytımız onlardan 8-nin adını müəyyənləşdirib. Bunlar Vüqar Kərəmov (MMA), Hakim Hacıyev (kikboksinq), Fərid Cəlalov (voleybol), Sabir Nəzərəliyev (həndbol), Rüstəm İmanzadə (ağırlıqqaldırma), Həsrət Cəfərov (güləş), Məmmədəli Mehdiyev və Rüstəm Alimlidir (hər ikisi cüdo).
Səbuhi Musa
