Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının 2-ci günü baş tutub
Prosport.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın 2-ci günündə 4 çəki dərəcəsində 90 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlarda 52 kq və 70 kq, kişilərdə isə 66 kq və 90 kq çəki dərəcələrində qaliblər bəlli olub. Mükafatçıları təqdim edirik:
Qadınlar
52 kq
1. Zeynəb Məmmədova
2. Nuray Quliyeva
3. Aişə Qurbanlı
3. Fəridə Mirzəyeva
70 kq
1. Günel Həsənli
2. Pərvanə Abdullayeva
3. Səkinə Baxşıyeva
3. Aygül İsmayılova
Kişilər
66 kq
1. Rəşad Yelkiyev
2. Tofiq Məmmədov
3. Zahir Ağazadə
3. Kamran Süleymanov
90 kq
1. Elcan Hacıyev
2. Vüqar Talıbov
3. İbrahim Ağakişiyev
3. Şamil Tuncay
Qeyd edək ki, çempionata bu gün yekun vurulacaq.

