Azərbaycan cüdoçusu Hidayət Heydərov Kosovonun paytaxtı Priştinada keçirilən Açıq Avropa çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız bürünc medal uğrunda görüşdə gürcüstanlı olimpiya, ikiqat dünya və beşqat Avropa çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib.
Bu görüşdə üçqat dünya mükafatçısı və üçqat Avropa çempionu Hidayət Heydərov təcrübəli rəqibinə qalib gəlib.
Qeyd edək ki, ilk dəfə keçirilən bu yarışda qadınların 57 kq çəki dərəcəsində idmançımız çıxış etməyib. Həmçinin, Azərbaycanı burada beynəlxalq dərəcəli hakim Nazim Umbayev təmsil edib.

