Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "O münaqişə şəxsi müstəvidə baş vermişdi" – Federasiyanın baş katibi
    14.12.2023 19:38:59

    "Hələ ki Prezident Kubokunu xarici klublarla birgə keçirməyi düşünmürük. Çünki çövkən üzrə hələ xarici klublar formalaşmayıb. Biz ötən ay çövkən üzrə II dünya çempionatını təşkil etdik. Məsələn, orada çıxış edən Polşanın yığması olsa da, bu növ üzrə klubları yoxdur. Bu bizim idman növümüz olduğundan, biz çövkənin dünyada yayılmasında maraqlı olmalıyıq".

    Prosport.Az-ın xəbərinə görə, bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev bildirib.

    O bildirib ki, ötən il Prezident Kubokunun finalından sonra iştirakçılar arasında olan dava hakim mübahisəsi ilə bağlı olmayıb: "Bəli, ötən il belə bir xoşagəlməz hal baş verdi. Amma bu, heç də hakimlərin verdiyi qərarla bağlı deyildi. O münaqişə şəxsi müstəvidə baş verən olay idi. Bizdə hakim səhvləri ola bilər. Amma bunun üçün 4 tərəfdə də kamera quraşdırılıb və səhv olduğu halda, ora baxıb, qərar dəyişdirilə bilər".

    Daha sonra Prezident Kubokunun püşkatma mərasimi keçirilib. "Sərhədçi" İdman Mərkəzində baş tutan tədbirdə iştirakçı komandaların rəsmiləri və media nümayəndələri iştirak edib.

    Püşkün nəticəsinə əsasən, 8 komanda hərəsində 4 olmaqla 2 qrupa bölünüb. A qrupunda "Sərhədçi-Qarabağ", "Polad", "Köhlən" və "Şirvan" klubları, B qrupunda isə "Sərhədçi-Dilbaz", "Omar", "Zəfər" və "Embavud" kollektivləri mübarizə aparacaq.

    Qrup oyunlarının nəticələrinə əsasən, ilk 2 pilləni tutan komandalar yarımfinala yüksələcək. Prezident Kubokunda yalnız milli cins atlar yarışacaq.

    Yarışa sabah saat 10:00-da start veriləcək. İlk oyun saat 10:00-da, növbəti 2 qarşılaşma müvafiq olaraq, 11:00 və 12:00-da başlayacaq. Saat 15:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved