Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Redniklə üz-üzə gəlsəm, onunla qucaqlaşıb görüşərəm" – Kamran Ağayev
    8.12.2023 15:38:49

    Futbol millimizin qapıçılar üzrə məşqçisi Kamran Ağayevin Prosport.Az saytına müsahibəsi

    – Canni De Byazi ilə müqavilə müddəti uzadılmadı. Siz onunla müqavilə müddətinin artırılacağını, yoxsa belə olacağını gözləyirdiniz?
    – Vallah, mən belə şeylər haqda düşünmürdüm, öz işimi görürdüm. Öz öhdəliyimə düşən işlər var ki, onları edirdim.

    – Hər halda getmək və ya qalmaq istədiyini onun köməkçilərindən biri olaraq sizdən başqa heç kim bilə bilməzdi...
    – Onunla bu haqda ümumiyyətlə danışmırdıq. Heç kim heç harda əbədi deyil. Hətta yaxşı nəticə qazansan belə, sənə yaxşı təklif gəlib yerini dəyişə bilərsən. Və yaxud pis nəticə ilə baş məşqçi postundan uzaqlaşdırıla bilərsən. Bu, idmanın qanunudur.

    – Sabiq futbolçu, milli komandanın məşqçisi kimi "çalışdırıcı yerli, yoxsa əcnəbi olmalıdır?" sualına cavabınız necədir?
    – Bu mənə, sizə görə fikir olmamalıdır. Nə qərar düzgündürsə, onu da verəcəklər. Biz də bu qərara hörmətlə yanaşacağıq. Təki milli komanda üçün uğurlu olsun. Bu barədə fikir bildirə bilmərəm.

    – Sizin özünüzün də digər məşqçilər kimi AFFA ilə bağladığınız müqavilənin müddəti başa çatıb...
    – Bəli. Davam edib-etməyəcəyim barədə qərar mənə məxsus deyil. Nə məsləhət görülsə, ona uyğun da qərar verəcəyəm.

    – Mətbuatda millinin çalışdırıcısı postuna yerli məşqçilərin adları çəkilir. Bu adlar içərisində sizin işlədiyiniz məşqçilər korpusunda olan Arif Əsədovun da adı var. Sizin namizədiniz kimdir?
    – İnandırım sizi, mən heç bu adları oxumamışam. Amma oxusam belə, bu mən istəməklə deyil ki...

    – Bəyəm biz jurnalistlər ad çəkəndə biz qərar veririk? Sadəcə, hərə millidə baş məşqçi postuna görmək istədiyi, uyğun bildiyi namizədin adını çəkir. Bəlkə elə namizəd var ki, sizin üçün də onunla işləmək rahat olacaq?
    – Bir işi bilirsənsə, onsuz da sənin üçün rahat olacaq. Fərqi yoxdur ki, kim baş məşqçi olur-olsun. Əgər işini bilmirsənsə, onda narahat olmağa dəyər.

    – Sizin De Byazi ilə hər hansı problem yaşadığınızı eşitməmişik. Amma futbolçu olan vaxt "Xəzər Lənkəran"ın rumıniyalı baş məşqçisi Mirça Redniklə probleminiz olmuşdu. O baxımdan soruşuram ki, hansı məşqçi ilə işləmək xarakter baxımından sizin üçün də rahat olar?
    – Mən Redniklə heç vaxt problem yaşamamışam. Sadəcə, mətbuatda bu cür təqdim olunub. Mənim "Neftçi"iyə qarşı oynamamağımla bağlı baş məşqçi fikir bildiribsə, bu onunla mənim aramda problem yaşanması demək deyil. Klubdan ayrılmağım Redniklə bağlı olmayıb. Orada problemim müəyyən şəxslə ("Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovu nəzərdə tutur – red.) olub. İndinin özündə də Redniklə üz-üzə gəlsəm, qucaqlaşıb görüşərəm. O ki qaldı sualınıza, hansısa baş məşqçi gəlib, mənimlə işləmək istəmədiyini desə, bu da problem deyil. Bura mənim daimi iş yerim deyil ki, əbədi burada qalım. Sabah mən də baş məşqçi olsam, köməkçim məni qane etməsə, o demək deyil ki, onunla problemim var. Millidə xarakter yox, işinlə bağlı cavab verməlisən. Bu məsuliyyətin altına girmisənsə, işinlə bunu doğrultmalısan.

    Səbuhi Musa

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved