Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Badminton Federasiyasında İdarə Heyətinə gətirilən qadın kimdir? – ARAŞDIRMA
    6.12.2023 00:35:52

    Azərbaycan Badminton Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.

    Prosport.Az xəbər verir ki, hesabat-seçki xarakterli toplantıda ABF-nın baş katibi Ramil Hacıyev qurumun 2023-cü ildəki fəalliyəti ilə bağlı çıxış edib, qarşıdakı ildə görüləcək işlər və hədəflər barədə məlumat verib.

    Vurğulanıb ki, 2023-cü ildə beynəlxalq arenada 8-i qızıl olmaqla 30 medal qazanılıb. Ötən il bu rəqəm 20 olub.

    Azərbaycan bir sıra beynəlxalq badminton yarışları və Avropa Badminton Konfederasiyasının Konqresinə evsahibliyi edib. Bu idman növünün regionlarda inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib. Ardınca badminton üzrə milli komandanın iranlı baş məşqçisi Morteza Validarvi idmançıların beynəlxalq turnirlərdə çıxışı və 2023-2028-ci illəri əhatə edəcək 5 illik strategiya ilə bağlı fikirlərini bölüşüb.

    ABF-nın Marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimliyin inkişafı ilə bağlı görülən işlərdən danışıb. İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov təqdimatla çıxış edib.

    Ardınca İdarə Heyətinin üzvlüyünə seçki keçirilib. Gender bərabərliyinin təmin olunması məqsədi ilə ümumi səsvermə əsasında İlahə Əmirbəyova İdarə Heyətində Mirzə Orucovu əvəzləyib. Mirzə Orucov isə İdarə Heyətinin fəxri üzvü seçilib.

    ABF-nın prezidenti Taleh Ziyadov bu idman növünün inkişafında müstəsna xidmətləri olan Mirzə müəllimə xüsusi xatirə hədiyyəsi verib. Taleh Ziyadovun müşaviri Çapay Məmmədov federasiyanın rəsmi saytında IT platforma, idmançıların reytinqinin hesablanması ilə bağlı sistemi təqdim olunub.

    Taleh Ziyadovun sədrliyi ilə keçirilən yığıncaqda üzvlərlə açıq müzakirə təşkil edilib. İclasın yekununda çıxış edən federasiya prezidenti 2 il ərzində kifayət qədər iş görüldüyünü bildirməklə yanaşı, komitələrin fəaliyyəti ilə bağlı qeydlərini bölüşüb.

    Bəs Badminton Federasiyasında bu idman növünün adamı olan Mirzə Orucovu əvəzləyən İlahə Əmirbəyova kimdir? Prosport.Az bunu araşdırıb. İlahə Əmirbəyova Azərbaycan Prezidenti İlham Əliyev və Fransanın sabiq Prezidenti Fransua Olandın iştirakı ilə 12 may 2014-cü ildə açılmış “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinin Ekoloji, Sosial, Korporativ İdarəetmə Komitəsinin sədridir.

    Qeyd edək ki, 2021-ci ilin dekabrın 8-də Badminton Federasiyası üçün keçirilmiş prezident seçkisindən sonra Aynur Səmədova və Emin Maqsudovun İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucovun isə İdarə Heyətinin üzvləri seçildiyi açıqlanmışdı. Aynur Səmədova sonradan vitse-prezident də təyin olunmuşdu.

    Digər idman növləri

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved