Azərbaycanın 2 paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.
Prosport.Az xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələnib.
İ.Zəkiyev J1 kateqoriyasında, X.Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olub.
Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) 2-ci, Namiq Abbaslı (73 kq) isə 3-cü yeri tutub.

