Azərbaycanın cüdo üzrə milli yığma komandası 11 noyabrdan etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
Prosport.Az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 18 üzvü qatılıb. Hazırlıq prosesi sabahadək davam edəcək.
Cüdoçularımız noyabrın 11-dən 21-dək Tokay Universitetində təlim düşərgəsində iştirak edib. Onlar təlim-məşq toplanışını noyabrın 21-dən etibarən isə Sukaba Universitetində davam etdirir.
Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.

