Futzal üzrə Yüksək və Birinci Liqalarda qış "transfer pəncərəsi" gələn il yanvarın 3-də açılacaq.
Prosport.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komandalar yanvarın 31-i saat 18:00-dək transfer çalışmalarını davam etdirə, yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.
